Şeyxülislam Allahşükür Paşazadə: "Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir”

Şeyxülislam Allahşükür Paşazadə: "Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir”
  • Clock-gray 13:42
  • calendar-gray 04 Dekabr 2020

“Dünən Türkiyənin dini işlər naziri ilə telefon danışığımız olub. Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimizin ruhu yad edilir”.

APA-nın məlumatına görə, bunu bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş vəhdət namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri deyib ki, iranlı qardaşlarımız da anım günümüzdə bizimlə bərabərdir: “Bu gün Ayətullah başda olmaqla, onlara da təşəkkürümü bildirirəm. Şimali Qafqaz müftiləri ilə də söhbətim oldu, onlar da bun dualar oxuyurlar. Kim bu gün bizim şəhidlərimizi yad edir, onlara minnətdarlığımı bildirirəm”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər