Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80 yaşı var

Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80 yaşı var
# 31 iyul 2019 11:28 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, ən yaşlı zəvvar 1939-cu il təvəllüdlü, ən gənc zəvvar isə 2000-ci il təvəllüdlüdür.

QMİ-dən onu da bildiriblər ki, Həcc ziyarətinə gedəcək zəvvarlar təyyarə ilə 2-5 avqust aralığında yola salınacaq. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR