Həccə gedəcək zəvvarlara ziyarət zamanı Məkkəni tərk etmək qadağan olunub

 Həccə gedəcək zəvvarlara ziyarət zamanı Məkkəni tərk etmək qadağan olunub
# 16 fevral 2018 08:43 (UTC +04:00)

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən kənara çıxmaq, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb. APA-nın məlumatına görə, bu, zəvvarlar ziyarət barədə imzalanan müqavilədə əks olunub.

Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaq. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi(QMİ)) Məsuliyyət daşımır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu Azərbaycanda başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Həcc ziyarətini Azərbaycanda rəsmi olaraq yalnız QMİ təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR