PA əməkdaşı: “Gənclərin başqa dini və siyasi ideologiyaların təsirinə düşməsi təhlükəsi var”

PA əməkdaşı: “Gənclərin başqa dini və siyasi ideologiyaların təsirinə düşməsi təhlükəsi var”
  • Clock-gray 09:54
  • calendar-gray 28 İyun 2018

"Ölkədə milli və dini həmrəyliyi pozmağa çalışanlar, gəncləri başqa dini cərəyanlara cəlb etmək istəyən qüvvələr var".

 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Müzəffər Talıblı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" adlı konfransda çıxışı zamanı deyib.

 

O qeyd edib ki, gənclərin başqa dini və siyasi ideologiyaların təsirinə düşmək təhlükəsi mövcuddur: "Bu təhlükənin qarşısını almaq üçün hazırda ciddi addımlar atılır. Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması təsadüfü deyil. Bu, yeni tipli təhsil müəssisəsi olacaq. İndiki dövrdə təhsilsiz uğura nail olmaq mümkün deyil. Dini təhsilin modern vəziyyətə çatması üçün addımlar atılmalıdır və bu addımlar atılır".

 

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date