Azərbaycan boksçuları İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları İstanbulda beynəlxalq turnirdə iştirak edəcək
  • Clock-gray 09:34
  • calendar-gray 13 Yanvar 2020

Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. 

Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq. 

Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar. 

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.  

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq. 

Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq. 

ApaSport

Digər xəbərlər