“Doha Masters” turnirinə qatılacaq Azərbaycan yığmasının heyəti bəlli olub

“Doha Masters” turnirinə qatılacaq Azərbaycan yığmasının heyəti bəlli olub
# 29 dekabr 2020 15:57 (UTC +04:00)

Cüdo üzrə “Doha Masters” turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, millimiz 2021-ci ilin ilk sınağına 9 idmançı ilə yollanacaq.

Qətərdə tatamı üzərinə 6 kişi və 3 qadın cüdoçumuz çıxacaq. Nicat Şıxəlizadə və Orxan Səfərov 66 kq, Məmmədəli Mehdiyev 90 kq, Elmar Qasımovla Zelim Kotsoyev 100 kq, Uşanqi Kokauri +100 kq çəki dərəcəsində mübarizə aparacaq. Qadınların yarışında Aişə Qurbanlı və Leyla Əliyeva 48 kq, İrina Kindzerska +78 kq çəkidə mükafatlar uğrunda yarışacaq.

Qeyd edək ki, yanvarın 11-13-də keçiriləcək yarışda 65 ölkədən ümumilikdə 330 (188 kişi, 142 qadın) cüdoçu qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR