Abdulraşid Sadullayev: “Şərif Şərifov dünyanın ən texnikalı güləşçilərindən biridir”

Abdulraşid Sadullayev: “Şərif Şərifov dünyanın ən texnikalı güləşçilərindən biridir”
# 22 sentyabr 2019 20:44 (UTC +04:00)

“Düşünürəm ki, bu, hələ son hədd deyil. Hələ göstəricisinə çatmaq üçün kimlərsə var. Ona görə də bundan sonra da çalışacağam”.

APA-nın məlumatına görə, bunu Qazaxıstanda keçirilən dünya çempionatında qızıl medal qazanan rusiyalı sərbəst güləşçi Abdulraşid Sadullayev deyib.

97 kq çəki dərəcəsində güləşən məşhur idmançı final qarşılaşmasında azərbaycanlı Olimpiya çempionu Şərif Şərifovu məğlub edib. Olimpiya və dördqat dünya çempionu əsas rəqibləri ABŞ təmsilçisi Kayl Snayder və təmsilçimiz barədə danışıb: “Snayderlə qarşılaşma üçün hazırlaşıb-hazırlaşmamağıma gəlincə, bizim çəkimiz belədir. Çox sayda titullu güləşçilər var. Hətta finalda mənimlə olimpiya çempionu güləşdi. Şərif Şərifov dünyanın ən texnikalı güləşçilərindən biridir. Bir sözlə, finalda rəqibim kim olsaydı, təəccüblənməzdim. Hamı təxminən bərabər güləşir. Onların hamısı da yaxşı uşaqlardır. Snayderlə qarşılaşmadığım üçün üzülmürəm. Onunla hələ görüşəcəyik. Qarşıda ən əsas start Olimpiya Oyunları var”.

A.Sadullayev azarkeşlərdən razı qaldığını da gizlətməyib: “Bu dünya çempionatını uzun müddət xatırlayacağam. Təşkilatçılıq ən yüksək səviyyədə idi. Gözləmirdim ki, mənim Qazaxıstanda bu qədər azarkeşim var. Hətta qazax güləşçi ilə qarşılaşanda zalın yarısı mənə azarkeşlik edirdi. Buna görə onlara ayrıca təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR