AİBA-nın yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb

AİBA-nın yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb
  • Clock-gray 19:04
  • calendar-gray 17 Avqust 2019

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yeni müvəqqəti prezidentinin seçiləcəyi tarix müəyyənləşib.

APA-nın məlumatına görə, qurumun İcraiyyə Komitəsi avqustun 31-də rəhbər seçkiləri keçirməlidir.

Həmin gün baş tutacaq növbədənkənar yığıncaqda Mohamed Mustasanın əvəzləyicisi bilinəcək. Ayın 6-da istefa verən sonuncu bu addımı şəxsi səbəblərlə izah edib.

Təşkilatın əsasnaməsinə görə müvəqqəti prezident vəzifəsini postunda qalan dörd vitse-prezidentdən biri tutmalıdır. Bunlar Osvaldo Bisbal (Argentina), Anas Al Otaiba (BƏƏ), Franko Falçinelli (İtaliya) və Edqar Tannerdir (Avstraliya). Lakin onlardan heç biri hələlik belə istəkdə olduqlarını açıqlamayıb.

Bu üzdən də İcraiyyə Komitəsi seçkiləri təxirə salmağa da çalışır.

Qeyd edək ki, M.Mustasan bu ilin martında AİBA prezidenti Qafur Rahimovun səlahiyyətlərini təhvil verməsindən sonra müvəqqəti rəhbər seçilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date