Azərbaycanın 2 boksçusu Avropa birinciliyində medal qazanıb

Azərbaycanın 2 boksçusu Avropa birinciliyində medal qazanıb
  • Clock-gray 11:25
  • calendar-gray 12 Avqust 2019

Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərinin boks üzrə Avropa birinciliyi keçirilib. 

APA-nın məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi 1 qızıl və 1 gümüş medal qazanıb. 

Vaqif Kazımovun rəhbərlik etdiyi yığmada Məhəmmədəli Qasımzadə çempion tituluna yiyələnib. 43 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz finaladək Polşa və Gürcüstan idmançısına qalib gəlib. Astara məktəblisi həlledici görüşdə Şotlandiya təmsilçisindən güclü olub. 

Digər milli üzvü Məhəmmədəli Aşırəliyev (44,5 kq) Avropa birinciliyinə şotlandiyalı üzərində qələbə ilə başlayıb. O, ardınca ukraynalı və belaruslu rəqibini də məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada gürcüstanlı idmançı qalib gəldiyindən M. Aşırəliyev gümüş medalla kifayətlənib. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date