Paracüdo üzrə dünya çempionatı Bakıya verilib

Paracüdo üzrə dünya çempionatı Bakıya verilib
# 22 dekabr 2021 11:05 (UTC +04:00)

Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək.

Milli Paralimpiya Komitəsindən apasport.az saytının məlumatına görə, mundial gələn il noyabrın 7-9-da Bakıda təşkil olunacaq.

Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR