Azərbaycan cüdoçular Afrika kubokunda 15 medal qazanıblar

Azərbaycan cüdoçular Afrika kubokunda 15 medal qazanıblar
  • Clock-gray 12:22
  • calendar-gray 23 Aprel 2018

Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, oktyabrda Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycan cüdoçuları 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar.

 

Belə ki, Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək, çempion olublar. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev (hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıblar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date