Ankarada Vaqif Səmədoğlu anılıb

Ankarada Vaqif Səmədoğlu anılıb
# 05 fevral 2020 19:54 (UTC +04:00)

Azərbaycanın xalq şairi Vaqif Sənədoğlunun 80 illiyilə bağlı Ankarada Beynəlxalq Türk Məzdəniyyəti Təşkilatında (TÜRKSOY) anım tədbiri keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, təbirdə Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev, TÜRKSOY-un rəhbəri Lüsen Kasseinov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova, Türkiyənin tanınmış ədəbiyyat adamları, ziyalıları, Hacı Bayram Vəli Universitetinin müəllimləri iştirak ediblər.

Tədbirdə Vaqif Səmədoğlunun şair, yazıçı, musiqiçi, cazmen kimi xüsusiyyətlərindən, 60-cılar nəslinin ən fəal nümayəndəsi kimi xidmətlərindən bəhs olunub.

Tədbirdə azərbaycanlı aktyorlar Kamran Yunus, Xəzər Süleymanlı şairin şerlərini səsləndiriblər.

Türkiyədə fəaliyyət göstərən "Xəzər" rəqs ansamblının solistləri Cənər Coşqun, Aynur Nazarbayeva rəqslərlə çıxış ediblər, opera sənətçisi Güner Arkan şairin şeirlərinə bəstələnmiş mahnılar ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR