Azərbaycan Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasında təmsil olunur - FOTO

Azərbaycan Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasında təmsil olunur - FOTO
# 06 sentyabr 2019 16:11 (UTC +04:00)

Moskvada 32-ci Beynəlxalq Kitab Yarmarkası fəaliyyətə başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində keçirilən yarmarkada Azərbaycan Respublikası ayrıca stendlə təmsil olunur.

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən qurulan stendə 200 adda 400 nüsxədən çox kitab nümayiş olunur.

Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Elbəy Əli APA-ya açıqlamasında sərgi iştirakçılarının Azərbaycan stendinə marağının böyük olduğunu bildirib: “Həm digər iştirakçı ölkələr, həm də sərgiyə gələn rusiyalı oxucular kitablarımıza böyük maraq göstərirlər. Nümayiş etdirdiyimiz kitablar əsasən Azərbaycanın tarixinə, Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərə, mədəniyyətimizə, görkəmli şəxslərə həsr olunub. Qarabağla bağlı tarixi həqiqətlərdən bəhs edən kitablar isə xarici müəlliflərindir”.

Azərbaycan stendində nümayiş olunan maraqlı görüntülərdən biri də Azərbaycanın qədim şəhəri olan Şuşanın əks olunduğu fotodur. Stendin girişində quraşdırılan bu foto sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, 32-ci Moskva Beynəlxalq Kitab Yarmarkası sentyabrın 8-dək davam edəcək .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR