Azərbaycan ötən il 19 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan ötən il 19 mlrd. kubmetr qaz ixrac edib
# 15 fevral 2022 11:19 (UTC +04:00)

Ötən il ərzində Azərbaycandan xaricə qaz satışı 18,9 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,8% çox) səviyyəsində olub.

"APA-Economics"in Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə Türkiyəyə 8,5 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5% az) qaz ixrac olunub. O cümlədən Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə 5,6 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1% çox) qaz ixrac olunub.

Məlumata görə, hesabat dövründə Avropaya 8,2 mlrd. kubmetr qaz ixrac edilib.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycandan Gürcüstana 2,2 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az) qaz ixrac edilib. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan boru neft kəməri sisteminə 0,1 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6% az) qaz göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR