Çin dənizdə iri neft yatağı kəşf edib

Çin dənizdə iri neft yatağı kəşf edib
# 01 mart 2023 13:15 (UTC +04:00)

Çin Milli Şelf Neft Korporasiyası (CNOOC) Bohai körfəzində 100 milyon ton xam neft ehtiyatı olan böyük neft yatağı kəşf edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında bildirilir.

“Martın 1-də Çin Milli Dəniz Şelf Korporasiyası Bohai körfəzində 100 milyon ton neft ehtiyatına malik “Bozhong 26-6” neft yatağının aşkar edildiyini elan edir”, - məlumatda qeyd olunur.

Neft yatağı Sarı dənizdəki Bohai körfəzinin cənub hissəsində yerləşir. Yatağın üstündəki suyun orta dərinliyi təxminən 22,1 metrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR