KİV: İsveç NATO-ya tezliklə daxil olmağa ümid etmir

KİV: İsveç NATO-ya tezliklə daxil olmağa ümid etmir
# 26 may 2023 12:11 (UTC +04:00)

İsveç NATO-ya tezliklə daxil olmağa ümid etmir.

APA xəbər verir ki, bu barədə İsveçin “TT News Agency” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsveç Krallığının xarici işlər naziri Tobias Billström ölkəsinin Şimali Atlantika blokuna qoşulmaq təklifini hələ də ratifikasiya etməyən Türkiyə və Macarıstana təsir etmək üçün NATO-nun Vilnüs sammiti ərəfəsində Alyansdakı tərəfdaşları ilə bir neçə görüş planlaşdırıb.

Həmçinin əlavə olunub ki, Billström yaxın zamanda Almaniya, Fransa, Kanada, Rumıniya, Polşa və Hollandiyaya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR