Litvada qaz kəmərində partlayış baş verib

Litvada qaz kəmərində partlayış baş verib
# 13 yanvar 2023 23:45 (UTC +04:00)

Litvanın şimalındakı Pasvalis rayonunda magistral qaz kəməri xəttində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə LRT milli radiosu məlumat yayıb.

Hadisə ilə əlaqədar Valakelay kəndinin sakinləri təxliyə edilib.

“Partlayışdan sonra yanğın 50 metr hündürlüyə qalxıb. İlkin məlumatlara görə, tələfat yoxdur”, - o bildirib.

Hadisə baş verən hissədə paralel olaraq iki qaz kəməri xətti çəkilir ki, onun vasitəsilə də Litvanın şimal hissəsinə qaz verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR