AMB-nin baş direktoru: "Ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard manata çatıb"

AMB-nin baş direktoru: "Ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard manata çatıb"
# 16 iyun 2022 10:18 (UTC +04:00)

Son illər ərzində Azərbaycan Mərkəzi Bankı, ekosistem iştirakçıları və maliyyə insititutları tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində aparılan silsilə tədbirlərin nəticəsi olaraq nağdsız ödənişlərin göstəriciləri dinamik olaraq artmaqdadır.

"APA-Economics" xəbər verir ki, bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, 1 iyun 2022-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 12,9 milyon ədədə çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur. Ölkədaxili nağdsız ödənişlərin həcmi isə 2,2 dəfə artaraq 8 milyard manata çatıb.

"Nağdsız dövriyyənin çəkisi kassa ödənişlərində 12,4% bəndi artıb. Elektron ticarətin həcmi isə 2,7 dəfə artaraq 6 milyard manata bərabər olub" - deyə baş direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR