Arif Alvi: Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub

Arif Alvi: Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub
# 26 may 2023 12:23 (UTC +04:00)

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir.

APA xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir.

“Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir”, - məktubda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR