“Financial Times”: Mayın 14-də Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək

“Financial Times”: Mayın 14-də Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək
# 08 may 2023 12:32 (UTC +04:00)

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

APA xəbər verir ki, bu barədə “Financial Times” adı açıqlanmayan üç rəsmiyə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən rəsmilərdən biri nəşrə açıqlamasında Brüsseldə baş tutacaq görüşün ölkələr arasında önəmli proqresin əlaməti olduğunu deyib.

Nəşrin məlumatında qeyd edilib ki, hər üç liderin daha sonra iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR