Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb
# 02 sentyabr 2022 12:49 (UTC +04:00)

Argentinada bugünkü bütün futbol oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Argentina Futbol Assosiasiyası verib.

Sentyabrın 2-də baş tutmalı olan qarşılaşmalar başqa tarixdə keçiriləcək. Buna ölkə vitse-prezidenti Kristina Fernandes de Kirşnerin öldürülməsinə cəhd edilməsi səbəb olub.

Qeyd edək ki, Kirşner evinin qarşısında tərəfdarlarını salamlayan zaman ona tapança yönləndirilib. Lakin cinayətkar yaxalandığı üçün atəş aça bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR