“Arsenal” – “Liverpul” oyunu təxirə salınıb

“Arsenal” – “Liverpul” oyunu təxirə salınıb
# 05 yanvar 2022 17:23 (UTC +04:00)

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin “Arsenal” – “Liverpul” matçı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə Futbol Liqası verib.

Buna “Liverpul”da kütləvi koronavirusa yoluxma halları səbəb olub. Mersisaydlıların müraciətini nəzərə alan təşkilatçılar sabahkı matçın vaxtını dəyişib.

Komandalar arasında bu görüş yanvarın 20-də baş tutacaq. Yanvarın 13-də keçirilməli olacaq cavab oyunu isə ilk matç kimi təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR