Azərbaycanlı futbolçu Polşa klubuna keçib

Azərbaycanlı futbolçu Polşa klubuna keçib
# 27 iyul 2022 09:21 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq müdafiəçisi Ricat Qarayev legioner həyatı yaşayacaq.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı sağ cinah oyunçusu Polşada çıxış edəcək.

O, “Şeçinek” klubuna transfer olunub. Qarayev yeni mövsümdən adıçəkilən komandanın heyətində Polşanın IV liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Ricat Qarayev ölkəmizdə “Şamaxı”, “Sumqayıt”, “Sabah” və “Neftçi”də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR