Dario Frederiko: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq"

Dario Frederiko: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq"
# 14 avqust 2019 21:06 (UTC +04:00)

"Həftəboyu oyuna yaxşı hazırlaşmışıq".

APA-nın Tel-Əvivə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, komandasının qələbəsi üçün bütün gücünü meydanda qoyacaq: "Artıq rəqibimizi yaxşı tanıyırıq. Çünki bir həftə öncə onlarla qarşılaşmışıq. Hazırda isə oyunlarını analiz etmişik. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək və Azərbaycana yaxşı nəticəylə qayıdaq. Oyunumda əsas keyfiyyətlərimdən biri driblinqlərimdir. Çalışıram ki, rəqibin neçə futbolçusunu keçim. Bununla da hücumumuzu daha da asanlaşdırıram. Yenə üstün oyunumla seçilmək arzusundayam".

Qeyd edək ki, Bakıda "Bney Yehuda" ilə 2:2 oynayan "Neftçi" cavab oyununa sabah Bakı vaxtı ilə saat 21:00-da çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR