Emin Mahmudov: “Kubok daha vacibdir, nəinki müqavilə”

Emin Mahmudov: “Kubok daha vacibdir, nəinki müqavilə”
# 02 iyun 2023 18:06 (UTC +04:00)

“İnanmıram ki, "Qəbələ" də bizim kimi kuboku istəyir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

31 yaşlı futbolçu “Qəbələ” ilə Azərbaycan kubokunun finalına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Ona görə də, təzyiq bizdə daha çoxdur. Eynidir təzyiq. Bütün komandalar titul qazanmaq istəyir”.

- "Neftçi"də davam, yoxsa tamam? Bu suala cavab verməyəcəksənsə, "Neftçi" rəhbərliyinə cavabını nə vaxt deyəcəksən?

- Düşünməmişəm. Bütün konsentrasiyam kubokun finalına yönəlib. Müqavilə o qədər problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki müqavilə məsələsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR