Kay Haverts “Real”ın transfer siyahısına düşüb

Kay Haverts “Real”ın transfer siyahısına düşüb
# 01 iyun 2023 14:14 (UTC +04:00)

“Çelsi”nin futbolçusu Kay Haverts “Real”ın transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi almaniyalı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.

Madrid klubunun rəhbərliyi 23 yaşlı hücumameylli yarımmüdafiəçi ön xətti gücləndirəcəyi qənaətindədir. Havertsin transfer qiyməti 60 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Kay başa çatan mövsümdə 47 oyunda 9 qol və 1 assistə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR