Klub prezidenti: “Regekampfın taleyi finaldan asılı deyil”

Klub prezidenti: “Regekampfın taleyi finaldan asılı deyil”
# 01 iyun 2023 15:50 (UTC +04:00)

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın postunda qalıb-qalmaması Azərbaycan kubokunun finalından asılı olmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun prezidenti Kamran Quliyev açıqlayıb.

“Errea” ilə müqavilənin imzalanma mərasimində sualları cavablandıran klub rəhbəri “Qəbələ” ilə görüşün rumıniyalı mütəxəssisin taleyinə təsiri barədə danışıb: “İnanmıram. İnanın ki, belə olsaydı belə, sizə o cavabı verməzdim. Elə deyil. Regekampfın taleyi finaldan asılı deyil. Tək qərarı mən vermirəm. Amma ona inamım var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR