"Neftçi" yenə qələbə qazana bilməyib

"Neftçi" yenə qələbə qazana bilməyib
# 22 sentyabr 2019 20:24 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

APA-nın məlumatına görə, turun ikinci günündə “Neftçi” və “Keşlə” arasında Bakı derbisi baş tutub.

“Bakcell Arena”da keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb. Donald Geryenin qırmızı vərəqə aldığı oyunun böyük hissəsini azlıqda keçirən “Neftçi” ardıcıl ikinci matçdan qolsuz və qələbəsiz ayrılıb. “Keşlə” isə ilk heç-heçə ilə 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, turun ilk günündə “Sumqayıt” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib, “Səbail” – “Qəbələ” matçında heç-heçə qeydə alınıb – 1:1. Sabah yekun vurulacaq turun son görüşündə “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
V tur
22 sentyabr (bazar)
“Neftçi” – “Keşlə” – 0:0

Qırmızı vərəqə: Donald Gerye, 34
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30

1

Qarabağ

4

4

0

0

10-0

12

2

Səbail

5

3

1

1

7-6

10

3

Keşlə

5

2

1

2

6-3

7

4

Zirə

4

2

1

1

4-3

7

5

Sumqayıt

5

2

0

3

5-7

6

6

Neftçi

4

1

2

2

3-5

5

7

Qəbələ

5

1

1

3

2-10

4

8

Sabah

5

0

2

3

2-5

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov (“Səbail”) - 3 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR