Pol Poqba İngiltərədən gedir

Pol Poqba İngiltərədən gedir
# 23 aprel 2022 12:27 (UTC +04:00)

Pol Poqba “Mançester Yunayted”i tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Ralf Ranqnik açıqlayıb.

O, fransalı yarımmüdafiəçinin Premyer Liqa klubundan ayrılacağını təsdiqləyib. Müqaviləsi başa çatacaq Poqba Mançester təmsilçisini azad agent statusu ilə tərk edəcək.

Növbəti mövsümdən komandanı çalışdıracaq Erik Ten Haq və klub rəhbərliyi onunla müqaviləni uzatmaq istəməyib. Bu üzdən Poqba komandasını dəyişəcək.

Qeyd edək ki, hazırda zədəli olan yarımmüdafiəçinin mövsümü başa vurduğu gözlənilir. Onun son turlarda qayıdışı ehtimalı çox aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR