“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb
# 04 noyabr 2022 01:11 (UTC +04:00)

Azərbaycanın UEFA reytinqindəki xalları artıb.

Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının “Qarabağ” - “Frayburq” matçı səbəb olub.

VI turun ev oyununda əldə olunan nəticə aktivimizi zənginləşdirib. 1:1 hesablı heç-heçə ölkəmizə 0,250 xal gətirib.

Bununla da ölkəmizin xal sayı 16,125-ə çatıb. Azərbaycan cədvəldə Avropada 29-cudur.

Qeyd edək ki, “Qarabağ” G qrupunun üçüncüsü olaraq Konfrans Liqasının pley-offa yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR