“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb
# 09 iyun 2022 12:58 (UTC +04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR