Vidadi Rzayev: “Milli 1 xal qazanıbsa, futbolumuz da 5 ballıq şkala ilə 1-ə layiqdir”

Vidadi Rzayev: “Milli 1 xal qazanıbsa, futbolumuz da 5 ballıq şkala ilə 1-ə layiqdir”
# 29 dekabr 2021 12:31 (UTC +04:00)

“Dünya çempionatının seçmə mərhələsində millimizdən heç nə gözləmirdim”.

Bunu apaasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayev komandamızın DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirərkən deyib.

54 yaşlı məşqçi millimizin A qrupunda 1 xalla sonuncu yeri tutmasını fiasko adlandırıb və ili yenə uğursuz bitirdiyi vurğulayıb: “Milli seçmə mərhələdə 1 xal qazanıbsa, futbolumuz da 5 ballıq şkala ilə 1-ə layiqdir. Yığma komanda ölkə futbolunun aynasıdır. Ondan o tərəfi yoxdur. Hətta milliyə 1 baldan da aşağı qiymət düşür. Qrupda 1 xal toplamaq danışılası dərd deyil”.

O, problemin baş məşqçi Canni de Byazidən qaynaqlanmadığını düşünür: “Heç bir məşqçi sonuncu yeri tutmağı, 1 xal toplamağı istəməz. İstənilən mütəxəssisi baş məşqçi təyin edirsənsə, ona vaxt verməlisən. Yeniyetmə və gənc futbolçulara nəzər yetirin. U-21-dən sonrakı dayanacaq əsas milli olmalıdır. U-21 də uduza-uduza gedir, əsas yığma da. Nəsə başqa şey fikirləşmək, dəyişiklik eləmək lazımdır”.

Qeyd edək ki, Vidadi Rzayev 1992-2001-ci illərdə Azərbaycan millisinin formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR