Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib
# 05 dekabr 2022 21:44 (UTC +04:00)

DÇ-2022-nin 16-cı oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlib.

Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar son mundialın vitse-çempionu ilə görüşə də iddialı çıxıb. İlk yarının sonlarında Dayzen Maeda yaponları hesabda önə çıxarıb – 1:0. İkinci hissənin əvvəlində İvan Perişiç bərabərlik qoluna imza atıb – 1:1.

90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən rəqiblər DÇ-2022-dəki ilk əlavə vaxtda oynamalı olub. Lakin bu yarım saat qolsuz başa çatıb.

1/4 finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Oyunsonrası “lotereya”da daha dəqiq olan Xorvatiya mundialın 8 ən güclü komandası sırasına yüksəlib.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/8 final
5 dekabr
19:00. Yaponiya - Xorvatiya - 1:1, pen. 1:3
Qollar:
Dayzen Maeda, 44 - İvan Perişiç, 54

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR