“Bavariya” Çempionlar Liqasının tarixinə düşüb

“Bavariya” Çempionlar Liqasının tarixinə düşüb
  • Clock-gray 10:07
  • calendar-gray 12 Dekabr 2019

Çempionlar Liqasının qrup mərhələsini 6 qələbə ilə başa vuran “Bavariya” bunu bacaran ilk Almaniya klubu olub.

Apasport.az saytının məlumatına görə, “Tottenhem”, “Olimpiakos” və “Srvena Zvezda” ilə birlikdə B qrupunda çıxış edən Münhen təmsilçisi yarışın tarixinə növbəti mərhələyə itkisiz çıxan 6-cı komanda kimi düşüb.

Bunadək 5 komanda 6 dəfə belə nailiyyətə imza atıb. Yalnız “Real” iki dəfə - 2011/12 və 2014/15 mövsümlərində qrupda xal itirməyib.

Madrid klubundan başqa, “Milan” (1992/93), PSJ (1994/95), “Spartak” (1995/96), “Barselona” (2002/03) 6 oyunun hamısında qələbə qazanıb.

ApaSport

Digər xəbərlər