“Antalyaspor”a transfer qadağası qoyulacaq, baş məşqçisi istefa verəcək

“Antalyaspor”a transfer qadağası qoyulacaq, baş məşqçisi istefa verəcək
  • Clock-gray 22:44
  • calendar-gray 23 Yanvar 2021

Türkiyənin “Antalyaspor” klubu UEFA tərəfindən cəzalandırılacaq.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisinə 3 dönəm transfer qadağası qoyulması gözlənilir.

Buna səbəb Antalya təmsilçisinin maddi böhran səbəbindən borclarını ödəyə bilməməsidir. Klubu bu ağır durumdan çıxara bilməyən prezident Ali Şafak Öztürk bir müddət əvvəl vəzifəsindən istefa verib. Həmçinin baş məşqçi Ərsun Yanalın da istefa ərizəsi yazdığı və bunu tezliklə açıqlayacağı bildirilib.

Qeyd edək ki, “Antalyaspor” hazırda 25 xalla 11-ci pillədə qərarlaşır.

ApaSport

Digər xəbərlər