Avropa Liqasının "İnter" - "Ludoqorets" oyunu azarkeşsiz keçiriləcək

Avropa Liqasının "İnter" - "Ludoqorets" oyunu azarkeşsiz keçiriləcək
# 25 fevral 2020 01:23 (UTC +04:00)

Avropa Liqasının 1/16 final mərhələsinin “İnter” (İtaliya) – “Lüdoqorets” (Bolqarıstan) oyunu tamaşaçılarsız keçiriləcək.

Apasport.az-ın məlumatına görə, bu xəbəri Razqrad təmsilçisinin rəsmi saytı yayıb.

Bildirilir ki, UEFA fevralın 27-də Milanda keçiriləcək cavab matçı ilə bağlı belə qərar verib. Buna İtaliyanın şimal hissəsində koronavirusun yayılması səbəb olub. Oyunun təxirə salınmaq ehtimalı da olsa da, Milanın səhiyyə orqanları matçın qapalı tribunalar qarşısında keçirilməsinə icazə verib.

Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk matçda “İnter” 2:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR