Azərbaycan - Özbəkistan oyununun hakimləri açıqlanıb

Azərbaycan - Özbəkistan oyununun hakimləri açıqlanıb
# 14 yanvar 2020 11:39 (UTC +04:00)

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Apasport.az saytının məlumatına görə, artıq hər iki qarşılaşmanı idarə edəcək hakimlər dəqiqləşib.

Görüşlərin hakimləri Azərbaycan təmsilçiləri olacaq. İlk oyunda Hikmət Qafarlı, ikinci matçda Əli Cəbrayılov baş hakim olacaq.

21 yanvar
Azərbaycan - Özbəkistan
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı. Saat 20:00

22 yanvar
Azərbaycan - Özbəkistan
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 20:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR