Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün avqustda başlaması planlaşdırılır

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün avqustda başlaması planlaşdırılır
# 18 iyun 2020 13:24 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün keçirilməsi məqsədilə İşçi Qrupu yaradılacaq.

Apasport.az saytının məlumatına görə, AFFA İcraiyyə Komitəsinin bu gün baş tutan videokonfransında növbəti mövsümün başlama tarixi müzakirə olunub.

İşçi Qrupunun əsas vəzifəsi gələn mövsümün startı ilə bağlı plan tərtib etmək olacaq. Hazırkı duruma əsasən, məqsəd 2020/21 mövsümünün avqustun əvvəllərində start götürməsidir. Ancaq bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonları ən sərt karantin rejimi ilə bağlı qadağaları davam etdirib-etdirməməsindən asılı olacaq.

Məhz Operativ Qərargahın qərarlarına uyğun çempionatın başlama tarixi və formatı müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR