Azərbaycan millisinin sabiq futbolçusunun “Neftçi”dəki rekordu toxunulmaz qalıb

Azərbaycan millisinin sabiq futbolçusunun “Neftçi”dəki rekordu toxunulmaz qalıb
# 14 yanvar 2020 10:57 (UTC +04:00)

Bakının “Neftçi” klubunun yollarını ayırdığı Kiril Petrov paytaxt təmsilçisində 77 oyun keçirib.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın uğurları üçün 3 il çalışan ukraynalı müdafiəçi bu müddətdə 1 qol vurub.

O, 2017-19-cu illərdə Premyer Liqanın 65 görüşündə bir dəfə rəqib qapısına yol tapıb. Azərbaycan kubokunda 4 matça çıxan K.Petrov Avropa Liqasında 8 qarşılaşmada iştirak edib.

O, “Neftçi”nin tarixində ən çox oyun keçirən ukraynalılardan biridir. Müdafiəçi Azərbaycan çempionatlarındakı oyun sayında 2-ci ukraynalıdır. 65 matça çıxan K.Petrov yalnız milliləşdirilən həmyerlisi Aleksandr Çertoqanovdan geri qalıb. Yığmamızın sabiq üzvü “Neftçi”də 72 belə oyun keçirib. Petrov mövsümün ikinci yarısını klubda qalsaydı, 14 turda ən azı 8 dəfə meydana çıxmaqla mütləq rekordçu olacaqdı.

Qeyd edək ki, Azərbaycan çempionatlarında “Neftçi” forması geyinən ukraynalılar arasında 3-cü göstərici Vladimir Poşexontsevə məxsusdur. O, 40 dəfə meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR