“Beşiktaş” braziliyalı müdafiəçi ilə anlaşıb

“Beşiktaş” braziliyalı müdafiəçi ilə anlaşıb
# 13 avqust 2020 17:43 (UTC +04:00)

“Alanyaspor”un futbolçusu Velinton komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi karyerasını “Beşiktaş”da davam etdirəcək.

31 yaşlı oyunçu “ağ-qaralar”la artıq hərtərəfli anlaşma əldə edib. Razılığa əsasən, Velinton İstanbul təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq. “Sambaçı” bu gün yeni komandasının axşam məşqinə qoşulacaq.

Qeyd edək ki, “Flamenqo”nun yetirməsi olan Velinton 2017-ci ildən “Alanyaspor”da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR