"Beşiktaş"ın iki futbolçusu koronavirusa yoluxub

"Beşiktaş"ın iki futbolçusu koronavirusa yoluxub
# 26 iyun 2020 00:21 (UTC +04:00)

"Beşiktaş" klubunun iki futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.

İyunun 24-də futbolçu və məşqçi heyətindən, həmçinin klub işçilərindən test götürülüb. Bu gün adları açıqlanmayan 2 futbolçunun testinin nəticəsinin pozitiv çıxdığı açıqlanıb. Həmin oyunçular karantinə alınıb, müayinələrinə başlanılıb.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXIX turu çərçivəsində iyunun 26-da "Konyaspor"u qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR