Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb

Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb
# 14 dekabr 2020 15:21 (UTC +04:00)

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib.

Qrup mərhələsində ilk iki yeri tutanların qüvvəsini sınayacağı 1/8 finalda yalnız 6 ölkə təmsilçisi mübarizə aparacaq. İspaniya və Almaniyanın 4, İngiltərə ilə İtaliyanın 3, Fransa və Portuqaliyanın 1 komandası qalib adına iddiasını qoruyur.

2021-ci il fevralın 16-17-də və 23-24-də baş tutacaq 1/8 finalın ilk oyunlarında qrup mərhələsinin ikinci yer sahibləri ev sahibi olacaq. Qrup qalibləri isə martın 9-10-da və 16-17-də keçiriləcək cavab görüşlərinə meydan sahibliyi edəcək.

Çempionlar Liqası
1/8 final

“Borussiya” (Mönhenqladbax, Almaniya) - “Mançester Siti” (İngiltərə)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə)
“Leypsiq” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) - PSJ (Fransa)
“Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
“Atalanta” (İtaliya) - “Real” (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR