Honda: “Neftçi”nin çempionluğu üçün əlimdən gələni edəcəyəm”

Honda: “Neftçi”nin çempionluğu üçün əlimdən gələni edəcəyəm”
# 15 mart 2021 17:09 (UTC +04:00)

“Gözəl təqdimata görə kluba təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Keysuke Honda deyib.

Bakılılarla mövsümün sonuna qədər müqavilə imzalayan yaponiyalı yarımmüdafiəçi ardından onlayn mətbuat konfransı keçirib.

35 yaşlı ulduz futbolçu təəssüratlarını bölüşüb: “Neftçi”nin çempionluğu üçün əlimdən gələni edəcəyəm. Bilirəm ki, asan olmayacaq. “Neftçi” çempion olmaq istəyir. Mən də bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR