İngiltərə Premyer Liqasında komandaların sayı artırıla bilər

İngiltərə Premyer Liqasında komandaların sayı artırıla bilər
# 14 mart 2020 11:00 (UTC +04:00)

İngiltərə Premyer Liqasında komandaların sayı artırıla bilər.

Apasport.az saytının məlumatına görə, bu, dayandırılan 2019/20 mövsümü başa çatdırılmayacağı halda mümkündür.

Böyük Britaniya KİV-inin iddiasına əsasən, belə olarsa, heç bir komanda aşağı liqaya düşməyəcək. Əvəzində Çempionşipdə ilk iki yerdə qərarlaşan klublar Premyer Liqaya gələcək. Bununla da iştirakçı sayı 22-yə yüksələcək. Lakin artıq 2020/21 mövsümündə 4 klub aşağı dəstəyə yuvarlanacaq.

Premyer Liqa dayandırılsa, çempionluq məsələsinin taleyi ilə bağlı müzakirələr də gedir. 20 klubdan 18-i “Liverpul”un çempion elan edilməsinin tərəfdarıdır. Digər iki komanda isə mövsümün başa çatmamış kimi hesab edilməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR