İngiltərə klubları əlavə əvəzetmələrin tətbiqini təklif edib

İngiltərə klubları əlavə əvəzetmələrin tətbiqini təklif edib
# 02 aprel 2020 10:23 (UTC +04:00)

İngiltərə klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümün davamı üçün təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa və Futbol Liqasının baş məşqçiləri çempionat bərpa olunduqdan sonra əvəzetmələrin sayının artırılmasını istəyir.

Klublar daha sıx qrafiklə keçiriləcək oyunlar zamanı zədə riskinin artmasından ehtiyatlanır. Bu üzdən də əlavə əvəzetmələrin zərurəti yaranıb.

Komandalar ümid edir ki, məşqlər bərpa olunduqdan sonra oyunların yenidən başlamasına qədər müəyyən vaxt veriləcək. Klublar ən azı iki həftəlik dövrə ehtiyac duyur.

Qeyd edək ki, Premyer Liqa, Futbol Liqası və Peşəkar Futbol Assosiasiyasının rəhbərliyi yarışın yalnız təhlükəsizlik yarandıqdan sonra bərpa olunmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR