İspan azarkeş Çempionlar Liqasının oyununda koronavirusa yoluxub

İspan azarkeş Çempionlar Liqasının oyununda koronavirusa yoluxub
# 27 fevral 2020 14:21 (UTC +04:00)

“Valensiya”nın azarkeşlərindən biri koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu hadisə fanatın Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə oyun üçün İtaliyaya yollanması səbəbindən baş verib.

Milandakı qarşılaşmadan sonra İspaniyaya qayıdan 44 yaşlı kişi azarkeşdə koronavirus aşkarlanıb. O, Madriddə təkrar müayinədən keçiriləcək. Fevralın 23-dən bu günə İtaliyada 400-dən çox insanın koronavirusa yoluxduğu və onlardan 12-nin öldüyü açıqlanıb.

Qeyd edək ki, “Atalanta” – “Valensiya” matçı birincilərin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasında cavab görüşü martın 10-da Valensiyada olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR