İsveçrə millisini Bakıya gətirəcək baş məşqçi bəlli olub

İsveçrə millisini Bakıya gətirəcək baş məşqçi bəlli olub
# 25 fevral 2020 22:04 (UTC +04:00)

İsveçrə Futbol İttifaqı milli komandanın baş məşqçisi məsələsinə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, ittifaq hazırkı çalışdırıcı Vladimir Petkoviçlə yoluna davam etmək qərarına gəlib.

2014-cü ildən yığmanı çalışdıran 56 yaşlı mütəxəssislə hətta yeni müqavilə də imzalanıb. Bağlanan sazişə əsasən, Petkoviç DÇ-2022-nin sonuna qədər komandanın "sükanı arxası"nda dayanacaq. Ancaq komanda dünya çempionatına vəsiqə qazana bilməsə, ittifaqın müqaviləyə xitam vermək hüququ olacaq.

Qeyd edək ki, İsveçrə millisi AVRO-2020-də İtaliya, Türkiyə və Uelslə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR