İtaliyalı futbolçu koronavirusdan sağalıb

 İtaliyalı futbolçu koronavirusdan sağalıb
# 09 mart 2020 10:54 (UTC +04:00)

İtaliyada koronavirus infeksiyasına yoluxan bir futbolçu bu xəstəlikdən sağalıb.

Apasport.az saytının məlumatına görə, bunu qubernator Enriko Rossi deyib.

O bildirib ki, "Pyaneze" klubunun virusa yoluxmuş 3 oyunçusundan birinin testlərinin cavabı mənfi çıxıb: "Siena Universitet Xəstəxanasının nümayəndələri mənə 23 yaşlı futbolçunun təhlilinin tam mənfi çıxdığı barədə məlumat verdilər".

Qeyd edək ki, dünyada sürətlə yayılan koronavirus infeksiyasına Avropada ən çox yoluxma halı İtaliyada qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR