Koronavirus səbəbindən "Keşlə" də məşqlər dayandırılıb

Koronavirus səbəbindən "Keşlə" də məşqlər dayandırılıb
  • Clock-gray 11:10
  • calendar-gray 04 Dekabr 2020

“Sumqayıt”dan sonra “Keşlə” klubu da məşqləri dayandırmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirusa kütləvi yoluxma halının baş verməsidir.

Paytaxt təmsilçisinin 10 futbolçusundan götürülən son testin nəticəsi pozitiv çıxdığından, baş məşqçi Yunis Hüseynov məşqlərin dayandırılmasına qərar verib. Virusa yoluxanlar karantinə alınıb, digərləri də özlərini qorumaq məqsədilə təcrid olunublar.

Qeyd edək ki, dekabrın 5-də keçirilməli olan “Keşlə” – “Səbail” matçı təxirə salınıb.

ApaSport

Digər xəbərlər