“Krotone” A seriyasına qayıdıb

“Krotone” A seriyasına qayıdıb
# 25 iyul 2020 10:14 (UTC +04:00)

İtaliya A seriyasına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Krotone” 2020/21 mövsümündə yüksək dəstədə çıxış etmək hüququ qazanıb.

Bu, B seriyasının XXXVI turunda rəsmiləşib. Səfərdə “Livorno”nu 5:1 hesabı ilə darmadağın edən “Krotone” xal hesabını 65-ə çatdırıb.

İkinci pillədə qərarlaşan komandanın izləyiciləri isə xal itirib. “Spetsiya” “Kremoneze” ilə 0:0, “Pordenone” isə “Askoli” ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə “Krotone” sona iki tur qalmış “Spetsiya”dan 8, “Pordenone”dən 9 xal öndə qərarlaşaraq ikinci yerlə A seriyasına birbaşa vəsiqəni təmin edib. Bunadək B seriyasının qalibi adını təmin edən “Benevento” da bu hüquqa yiyələnmişdi.

Qeyd edək ki, “Krotone” 2016/17 və 2017/18 mövsümlərində də A seriyasında oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR